adalet.az header logo
  • Bakı -°C
23 Iyul 2026 12:29
74
GÜNDƏM
A- A+

Metroda NFC ilə keçiddə PROBLEM VAR? - AÇIQLAMA

"Hazırda NFC (təmassız ödəniş) sistemi normal rejimdə fəaliyyət göstərir və ictimai nəqliyyatda ödənişlər fasiləsiz şəkildə həyata keçirilir. Aparılan yoxlamalar zamanı sistem üzrə hər hansı ümumi texniki nasazlıq qeydə alınmayıb".

Adalet.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq "BakıKart"dan məlumat verilib.

Bildirilib ki, sərnişinlər hər hansı çətinliklə qarşılaşdıqları halda məsələnin operativ araşdırılması üçün "BakıKart"ın müştəri xidmətinə müraciət edə bilərlər.

***

11:03

Bakı metrosunda NFC (təmassız ödəniş) texnologiyası vasitəsilə keçid zamanı texniki problem yaranıb.

Adalet.az xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hazırda sərnişinlər turniketlərdən NFC ödənişi ilə keçid edə bilmirlər. Bununla belə, QR kod və plastik kart vasitəsilə ödəniş, keçid normal qaydada həyata keçirilir.

Problemin səbəbi hələlik açıqlanmayıb.