Mbappe Oliseni “Real”a keçməyə inandırdı
"Real Madrid"in hücumçusu Kilian Mbappe "Los Blancos"un prezidenti Florentino Peresə "Bavariya"nın hücumçusu Maykl Oliseni kluba qoşulmağa razı saldığını bildirib.
Adalet.az bildirir ki, bu barədə Bild-ə istinadən xəbər verir.
Bu, Mbappe və Olisenin Fransa millisində oynadığı dünya çempionatı zamanı baş verib. Mbappe dostunun transferi üçün mübarizə aparır. Deyilənə görə, o, dünya çempionatı zamanı hər gün "Bavariya"nın hücumçusu ilə əlaqə saxlayıb və İspaniya klubuna qoşulmağın üstünlüklərini izah edib. Mbappe həmçinin Oliseyə "Real Madrid"in ona ehtiyacı olduğunu deyib və Madriddəki həyatı, o cümlədən şəhəri, restoranları və iqlimi tərifləyib.
Ötən mövsüm Olise "Bavariya"nın heyətində bütün yarışlarda 52 oyun keçirib, 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur./idmanbiz


Bakı -°C

