İlham Əliyev Misir Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini İnqilab Günü ilə bağlı təbrik edib.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Digər Xəbərlər
23 Iyul 2026 13:32
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi
23 Iyul 2026 10:15
“Ermənistan tədricən Rusiyadan uzaqlaşır...”
23 Iyul 2026 10:15
“Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla...”
23 Iyul 2026 10:15


Bakı -°C

