Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.
Adalet.az xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, aktyorun seriala vida səbəbi maliyyə anlaşmazlığı olub.
Belə ki, Özçivit serialın hər bölümü üçün 4 milyon lirə (168 271 manat) ödəniş tələb edib, lakin bu tələbə müsbət cavab verilməyib.
Aktyorun həm serialın prodüseri Mehmet Bozdağın, həm də “Kuruluş Osman”ın rəsmi sosial media hesabını izləmədən çıxarması diqqət çəkib.
Qeyd edək ki, o, serialda Sultan Osman Bey obrazına həyat verirdi.
Digər Xəbərlər

Hələ də anası ilə küsülüdür

“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi

“Hudutsuz sevda”nın aktyoru vəfat etdi

Məhkəmə məşhur ailə barədə qərar verdi

"5 dəqiqəyə 10 min manat QAZANIRAM"

Meyxanaçı:“İrad bildirməyi şəxsiyyəti təhqir etməklə eyniləşdiriblər”

Keçmiş aparıcı maraqlı hadisə ilə rastlaşıb: “Dərsimi aldım”
