“Bu qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır...”
“Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir. Dövlət başçımız Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib. Azərbaycan ilə Türkmənistan arasındakı strateji tərəfdaşlıq son illər daha da güclənməkdədir. 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 208 milyon dollar olub. Türkmənistan Mərkəzi Asiyada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, 2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi isə 1 milyard 765 milyon dolları keçib. Bu əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir:
“Belə ki, 2024-cü ildə ümumi ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar olmuşdur. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Belə ki, Orta Dəhliz vasitəsi ilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb. Bu qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır. Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Noyabr 2026 13:43
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
04 Noyabr 2026 12:46
Gələn ildən bu müavinətlər artırılır - Rəqəmlər
04 Noyabr 2026 11:54
"Rayonların dotasiyadan asılılığı tam olaraq aradan qaldırılıb" - Sahil Babayev
04 Noyabr 2026 11:28
"Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" - Nazir
04 Noyabr 2026 11:05
Azərbaycanda əhalinin gəlirləri artacaq
04 Noyabr 2026 10:42
“Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir”
03 Noyabr 2026 16:43
Türkiyənin turizm gəlirləri 2026-cı ilin ilk 9 ayında 51,3 milyard dollara çatıb - FOTOLAR
02 Noyabr 2026 19:25


Bakı -°C

