20 Aprel 2025 15:59
222
DÜNYA

Çanaqqala boğazı hər iki istiqamətdə BAĞLANDI

Çanaqqala boğazında sıx duman səbəbindən tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Adalet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Boğaz Naviqasiya İdarəsi şimal və cənub istiqamətlərində üzən gəmilərin kapitanlarına yerli vaxtla saat 06:20-dən körfəzin hər iki istiqamətdə tranzit gəmilər üçün bağlandığı məlumatını verib.

Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilir.