Qeyri-sabit hava şəraiti… - DYP-dən RƏSMİ XƏBƏRDARLIQ

Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.
Bu barədə Adalet.az-a BDYPİ-dən bildirilib.
Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.
Digər Xəbərlər

Narkotik doğmalarının da həyatını məhv edir! - VİDEO

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını TƏBRİK ETDİ - FOTO

"Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir" - AQTA rəsmisi

Yanğın təhlükəsi olan fabrikin fəaliyyəti dayandırıldı - VİDEO

Qənirə Ataşova və övladları ölümlə təhdid edildi

Prezidentdən ADSEA-nın tabeliyindəki xidmətlə bağlı FƏRMAN
