"Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir" - AQTA rəsmisi
"Agentlik tərəfindən İctimai iaşə müəssisələrində xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir".
Bunu Adalet.az-a açıqlamasında AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, təkcə son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub: "Nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub. Amma təəssüf ki, hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinməkdədir.
Aşkarlanan nöqsanların təhlili onu göstərir ki, bər-bəzəkili zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə yəni məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlınmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin 1003 Qaynar xəttinə məlumat vermələri xahiş olunur.
Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir".
Digər Xəbərlər
12 Mart 2026 19:14
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
12 Mart 2026 17:15
Baş nazirdən hərbi qeydiyyatla bağlı QƏRAR
12 Mart 2026 16:04
Həcc ziyarətinə qeydiyyat nə vaxtadək davam edəcək?
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
12 Mart 2026 13:19
Bunu edənlər həbs olunacaq - Süni intellekt...
12 Mart 2026 13:04


Bakı -°C

