"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə BAŞLANILIB
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində son vəziyyəti açıqlayıb.
Qurumdan Adalet.az-a verilən məlumata görə, artıq körpünün sökülmüş hissələrinin ərazidən daşınması yekunlaşıb.
Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb.
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol əsasının inşası da yekunlaşdırılaraq artıq asfaltlanma işlərinə başlanılıb.
Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.
Bakının Xətai rayonunun Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan "Cavanşir" yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.










































Digər Xəbərlər
07 Yanvar 2026 16:18
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
07 Yanvar 2026 15:25
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?
07 Yanvar 2026 13:47
“Qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb...”
07 Yanvar 2026 11:10
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”
07 Yanvar 2026 11:03
“Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək...”
07 Yanvar 2026 10:13
Azərbaycan nefti ucuzlaşdı
06 Yanvar 2026 19:54
Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı
06 Yanvar 2026 15:16


Bakı -°C

