adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2022 11:40
507
HADİSƏ
A- A+

Cəbrayılda qanunsuz ov edən şəxs saxlanıldı

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb.

Bu barədə Adalet.az-a Daxili Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.