Cəfərini tək yeyirsənsə faydadır, limonla birgə yeyirsənsə məcundu...
jpg-1633618003.jpg)
Keçmişdə cəfəri(petruşka) daha çox göyərti kimi deyil, müalicəvi ot kimi istifadə olunurdu. Təbiblər cəfərinin köməyi ilə müxtəlif xəstəlik və pozulmaları müalicə edirdilər. Cəfəri böyrəklər üçün ən faydalı məhsuldur – böyrəkləri təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır, iltihabları azaldır.
Adalet.az xəbər verir ki, cəfəri dəmləməsi böyrəklər üçün əsl şəfa mənbəyidir. 1 x.q. xırda doğranmış cəfərini 1 stəkan isti suda çay kimi dəmləyin və için. Dəmləməyə limon əlavə edəndə faydalı və müalicəvi xüsusiyyətləri daha da artır.
Cəfəri qadın otu sayılır. Onun qadın orqanizminə olan müsbət təsiri olduqca çoxdur. Cəfəri menstrual ağrılarını azaldır, menstruasiya qabağı sindromunun və klimaksın xoşagəlməz simptomlarını yumşaldır.
Cəfəri həzmə kömək edir, köpü və meteorizmi azaldır. Liflərlə zəngin olduğundan cəfəri bağırsaqları təmizləyir, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir. Cəfəri dərinin vəziyyətinə də çox müsbət təsir edir. Cəfəri ilə maskalar dərini daha elastik və dartınmış edir. A, C və E kimi güclü antioksidanların sayəsində cəfəri orqanizmdə qocalmaya səbəb olan oksidləşmə proseslərini ləngidir. Cəfəri ağız boşluğunu tərarvətləndirir, pis ağız qoxusunu yox edir. Bu səbəbdən yeməkdən sonra saqqız deyil, cəfəri çeynəyin.
Cəfəri limonla
Cəfəri və limon ikilikdə orqanizmdə bir çox xəstəliklərdə fayda verir. Bu qarışımı hətta həkimlər də məsləhət görür. İnsanların maddələr mübadiləsinin pis çalışması, oturaq həyat, qeyri-sağlam qidalanma bir çox orqan və sümüklərdə duz, artıq maye yığılmasına səbəb olur.
Orqanizmdə duz toplanması illərlə çəkir. heç bir simptom vermir, artıq orqanları sıradan çıxanda insan xəbərdar olur.
Cəfəri və limonun həm qida, həm şirəsinin birlikdə istifadə edib, faydasını görəcəyiniz 10 sağlamlıq durumunu və qarışımın reseptini təqdim edirik.
Oynaq, sümüklərdə duzlaşma, böyrəklərdə duz, çöküntü, xırda daş, öddə durğunluq, bağırsaqların toksinləşməsi, qəbizlik,sidik yollarının iltihabı, sistit, ümumi cavanlaşdırıcı effekt, qadınlarda hormonal fonun sabitlənməsi üçün, arıqlamaq problemi, artıq çəki, piylənmə, kişilərdə cinsi zəiflik, böyrək problemləri, əl-ayaqda şişmə, ödem,...
Bu xəstəliklərdə cəfəri və limondan bu qarışımı hazırlayıb içə bilərsiniz:- 250 qr cəfəri kökü ilə birgə, 250 qr limon, 100 ml su: Cəfəri xırdalanır, limonun suyu üzərinə sıxılır, su əlavə edilib, 20 dəqiqə saxlanılır. Sonra süzülüb içilir.
Eləcə də blenderdə cəfəri, limon və bir az bal, yarım stəkan su birlikdə qarışdırılır.
Bu qarışım qalxanvari vəzidə yod artıqlığı olan insanlara qadağandır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Rayon mərkəzi xəstəxanalarında monitorinqlər aparılır

Xəstəlik vərəqələri elektron formada veriləcək - BU GÜNDƏN

Səhiyyə Nazirliyi Ağdərədə əhalinin növbəti tibbi müayinələrini təşkil edib - FOTOLAR

Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir

Peyvəndlər övladlarımızı və bizi hansı xəstəliklərdən qoruyur? - Aytəkin Qurbanova

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır

Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək
