adalet.az header logo
  • Bakı -°C
29 Avqust 2026 23:00
71
ŞOU-BİZNES
A- A+

Cem Yılmazın vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.

Adalet.az xəbər verir ki, aktyorun Paşaköy kəndindəki evində sinə ağrısından şikayətləndiyi və  Təcili Yardım Mərkəzinə zəng etdiyi bildirilib.

Hadisə yerinə gələn tibbi briqada komediyaçını təcili yardımla Ayvacıq Dövlət Xəstəxanasına aparıb.

Daha sonra Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, o, burada angioqrafiyadan (anju) keçib.

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Cem Yılmazın ümumi vəziyyətinin yaxşı olduğunu bildirib: “Hörmətli sənətçimiz Cem Yılmazın keçirdiyi xəstəliklə əlaqədar zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib. Ümumi vəziyyəti yaxşıdır. Müalicəsi və müşahidəsi koronar reanimasiya şöbəsində davam edir”.