Aclıq çəkən ayılar evlərə hücum etməyə başlayıb
ABŞ-nin qərbində quraqlıq səbəbindən təbii qida mənbələrinin azalması ayıları yaşayış məntəqələrinə yaxınlaşdırıb. Evlərə, məktəblərə və mağazalara girən ayılarla bağlı insidentlərin sayı artıb.
Adalet.az xəbər verir ki, ayıların qidasının böyük hissəsini təşkil edən bitkilər, otlar, giləmeyvələr və qoz-fındıq quraqlıq səbəbindən tükənib.
Bu isə heyvanları qida axtarmağa məcbur edir.
Ən ciddi vəziyyət Kolorado ştatında qeydə alınıb. Ştat rəsmilərinin məlumatına görə, 2026-cı ildə 7 mindən çox ayı ilə bağlı müraciət daxil olub. Bu göstərici 2019-cu ildə qeydə alınan əvvəlki rekordu geridə qoyub.
Ştatda azı altı ayı hücumu baş verib. Müraciətlərin təxminən 1,5-2 faizi isə ayıların öldürülməsi ilə nəticələnib.
Nyu-Mexikoda da vəziyyət diqqət çəkir. Bu il 187 ayı öldürülüb ki, bu da 2011-ci ildən bəri ən yüksək göstəricidir. Bundan əlavə, 35 yetkin və 16 bala ayı başqa ərazilərə köçürülüb. Ötən həftə bir ayının insanı öldürməsi isə ştatda son 25 ilin ilk ölümcül ayı hücumu olub.
Yutada 2026-cı ildə 39 ayının evtanaziyası qeydə alınaraq, illik rekord müəyyənləşib. Montanada isə boz ayıların uzun illər görünmədikləri ərazilərə qayıtdığı və 24 boz ayının öldürüldüyü bildirilib. May ayında Qleyser Milli Parkında baş verən ayı hücumunda bir nəfər də həyatını itirib.
Digər Xəbərlər
30 Avqust 2026 00:56
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi
30 Avqust 2026 00:35
Bu gün Türkiyədə Zəfər Bayramıdır
29 Avqust 2026 11:32
Kral Haraldın harada dəfn ediləcəyi bəlli oldu
29 Avqust 2026 10:01
“Bosniya qəssabı” dövlət mərasimi ilə dəfn ediləcək - Qalmaqallı qərar
29 Avqust 2026 09:47
ABŞ-dəki seçkilərdə namizəd olmaq istəyir?
29 Avqust 2026 09:43
Ebola əleyhinə ilk vaksinasiya kampaniyasına başladılar
29 Avqust 2026 09:41
ABŞ-də nüvə müharibəsi təşvişi - Vaşinqtonda xüsusi eskadrilya yaradıldı
29 Avqust 2026 09:20


Bakı -°C

