adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 09:44
79
İDMAN
A- A+

Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı

2026-cı il Dünya Çempionatının A qrupunda keçirilən qarşılaşmada Cənubi Koreya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.

Adalet.az xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Bununla da Avropa təmsilçisi önə keçib. Lakin Cənubi Koreya qısa müddətdə cavab verib. 68-ci dəqiqədə Hvanq Hi-Çan tarazlığı bərpa edib.

Matçın qəhrəmanı isə 80-ci dəqiqədə səhnəyə çıxıb. Hyon-Gyu O rəqib qapısına yol taparaq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra Cənubi Koreya hesabına ilk 3 xalı yazdırıb. Çexiya isə DÇ-yə məğlubiyyətlə başlayıb.

Qrupun növbəti turunda Cənubi Koreya ev sahibi Meksika ilə, Çexiya isə Cənubi Afrika ilə qarşılaşacaq.