Cənubi Koreya Məhkəməsi ölkə Prezidenti barədə həbs qərarı çıxarıb
Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.
Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.
“İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol barəsində verilib”, - qurumdan bildirilib.