Ruben Vardanyanın məhkəməsi BAŞLADI

Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi başlayıb.
Adalet.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdirilir.
Qeyd edək ki, yanvarın 17-də başlayan hazırlıq iclasında Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.
İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclasının yanvarın 27-də davam etdirilməsinə qərar verilib.
Digər Xəbərlər

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi KEÇİRİLDİ

MN-nin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Zərərçəkmişlər Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib

Ruben Qarabağdakıların evini yıxıb - MƏHKƏMƏ - YENİLƏNİB

Yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm - MN-dəki 143 milyonluq mənimsəmə işi

"Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı" - Erməniəsilli şahid

"Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub" - MƏHKƏMƏ
