Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır - Fidan
Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır.
Adalet.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O bildirib ki, bu məsələnin kökündə Azərbaycanın Qarabağı işğaldan azad etməsi dayanır: “Azərbaycanla ikitərəfli münasibətlərimizi nümunəvi şəkildə davam etdiririk. Bir çox beynəlxalq məsələnin həlli ilə bağlı ortaq səylər ortaya qoyuruq. Ermənistanın müharibədən sonra sülh və sabitliklə bağlı seçim etməsini məmnuniyyətlə qarşılayırıq. Hər iki ölkəni bu tarixi fürsəti qaçırmamağa çağırırıq”.
H.Fidan xatırladıb ki, tərəflər vasitəçi, üçüncü tərəfin iştirakı olmadan İstanbulda bir araya gəliblər: “Oktyabrda İstanbulda keçirilən "3+3" platformasının iclasında bütün regional məsələləri müzakirə etmişik. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə təkcə humanitar məsələlər həllini tapmayacaq, həm də ticarət və inkişafa kömək edəcək şərait yaranacaq”.
Digər Xəbərlər
23 Yanvar 2026 23:59
Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO
23 Yanvar 2026 23:21
Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
23 Yanvar 2026 23:07
Trampa qarşı çıxmayın, hər şeyi itirə bilərik - Meloni
23 Yanvar 2026 22:57
ABŞ-ın Suriyada qalması üçün bir səbəb yoxdur - Hakan Fidan
23 Yanvar 2026 18:00
Əbu-Dabidə nə edəcəyimizi bilirik - Zelenski
23 Yanvar 2026 17:45
Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
23 Yanvar 2026 11:24
2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri – FOTOLAR
23 Yanvar 2026 10:14


Bakı -°C

