Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

Çernobıl qəzasında zərər çəkənlərin mənzil təminatı təkmilləşdirilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq hüququ verilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

"BakıKart"da problem - Ödənişlər köçmədi, növbələr yarandı

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO
