08 Mart 2025 11:33
255
HADİSƏ

Çərşənbə tonqalına yıxılan azyaşlı xəstəxanada öldü

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.