07 Mart 2025 11:57
345
HADİSƏ

Beyləqanda 29 yaşlı kişi spirtli içkidən zəhərlənərək öldü

Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.

Adalet.az  "apa"ya istinadən xəbər verir ki, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.

Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.