Miqrant faciəsi: Qayıq aşdı: 2 ölü 186 itkin
Yəmən və Cibuti sahillərində Afrikadan olan miqrantları daşıyan 4 qayıq aşıb. 2 nəfər ölüb, 186 nəfər itkin düşüb.
Adalet.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Tamim Elian "Associated Press" agentliyinə bildirib ki, martın 6-da axşam saatlarında Yəmən sahillərində iki qayıq batıb. İki ekipaj üzvü xilas edilib, lakin 181 miqrant və 5 yəmənli ekipaj üzvü itkin düşüb.
O, həmçinin qeyd edib ki, Cibuti yaxınlığında güclü külək nəticəsində batmış daha iki qayıq 2 miqrant cəsədi tapılıb, digərləri isə xilas edilib.
Şərqi Afrika və Afrika Buynuzundan Yəmənə gedən miqrasiya marşrutu dünyanın ən təhlükəli yollarından biri olaraq qalır. Yəməndə davam edən qarşıdurmaya və vəziyyətin pisləşməsinə baxmayaraq, hər il minlərlə insan iş axtarmaq üçün bu marşrutu keçməyə çalışır. Yəmənə çatmaq üçün qaçaqmalçılar miqrantları tez-tez təhlükəli, dolu olan qayıqlarda Qırmızı dəniz və ya Ədən körfəzi üzərindən keçirlər.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son on ildə ən azı 2082 miqrant bu marşrutu keçərkən yoxa çıxıb, onlardan 693-nün boğularaq öldüyü məlumdur.
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Fevral 2026 12:43
Güclü külək Bakıda fəsadlar törədir - FOTOLAR
04 Fevral 2026 11:40
BDU-nun professoru vəfat etdi
04 Fevral 2026 10:39
İtkin düşən gənc tapıldı
04 Fevral 2026 10:01
Bakıda qumbara tapıldı - VİDEO
03 Fevral 2026 18:26
Mavi ekranın məşhur siması dünyasını dəyişdi
03 Fevral 2026 16:39
Parlament prospektində evdə yanğın - FOTO - VİDEO - YENİLƏNİB
03 Fevral 2026 13:26
Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb
03 Fevral 2026 13:25


Bakı -°C

