07 Mart 2025 10:42
427
HADİSƏ

Bakıda sürücüsü olmayan avtobus qəzaya uğradı - DYP-dən açıqlama - YENİLƏNİB

"Bu gün səhər saatlarında “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb".

Adalet.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

T. Nəsirlinin sözlərinə görə, qəza baş verən zaman avtobusun içərisində sürücü olmayıb: "Faktla bağlı araşdırılma aparılır".

 

***

Bakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, hadisə Bayraq meydanı yaxınlığında baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alan olmayıb.