Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhər Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə, 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən "C6" əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.
Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.
Nazir qarşı tərəfə fəaliyyətində uğurlar arzulayıb. BMT-nin yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
11 Iyul 2026 11:50
“İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı”
11 Iyul 2026 11:40
İlham Əliyev Laçında su elektrik stansiyalarının açılışında - FOTOLAR
11 Iyul 2026 11:40
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanladı
11 Iyul 2026 11:38
“Bu gün İranı kimin idarə etməsi məlum deyil...”
11 Iyul 2026 10:51
Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
11 Iyul 2026 09:57
Azərbaycan XİN Monqolustanı təbrik edib
11 Iyul 2026 07:52
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
10 Iyul 2026 18:45


Bakı -°C

