Ceyhun Bayramov İqor Xovayev ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.
C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov

Valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb - Spiker

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Milli Məclisin iclası başladı: Hökümət hesabat verəcək

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etdi

XİN BMT-nin İnsan Hüquqları Şurasının Vardanyan işi ilə bağlı rəyini alqışladı
