Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və regional məsələləri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Ayxan Hacızadə: Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik

Yalçın Rəfiyev Birol Akgün ilə regional məsələləri müzakirə edib

"Ermənistan XİN-in bəyanatını rədd edirik" - Rəsmi Bakı
jpg-1740742846.jpg)
Fransalı səfirin yenə "erməniliyi" tutdu: "Vayots Dzor Azərbaycanın..."

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Əli Əsədov niyə rus dilində çıxış edib? - RƏSMİ AÇIQLAMA

Ceyhun Bayramov ilə Kaya Kallas arasında telefon danışığı olub
