19 Noyabr 2013 11:31
38718
MÜSAHİBƏ

Ceyhun Musaoğlu : "Taleyimə birinci həmlədən əldə etmək yazılmayıb"

AZADİNFORM-un "Uğur sirri” layihəsiçərçivəsində növbəti qonağı Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmışjurnalist Ceyhun Musaoğludur. Adalet.az müsahibəni təqdim edir.


Ceyhun Musaoğlu: "Məğlubiyyətlərimmüvəqqəti, qələblərim daimi oldu”


- Uğur nədir? Siz özünüzü uğurlarqazanmış biri hesab edirsinizmi?


- Hər kəs uğur yaşayıb. Kimisi çox,kimisi az, kimisi davamlı. Uğur sırf insanın əməlinin məhsuludur. O xoşbəxtlikkimi bəzən başqaları tərəfindən gəlib adamı tapmır. Birinin xoşbəxtolması başqasının da əlində ola bilər. Ancaq uğura məhz özün çatmalısan. Uğurxoşbəxtliyin özü deyil, onu yaradandır.


- Belə bir deyim var: uğuru da,uğursuzluğu da öncədən proqnozlaşdırmaq mümkündür. Siz uğurlarınızıproqnozlaşdırana qədər hansı yollardan keçmisiniz?


- Özümü uğurlu adam saymıram, amma uğurqazandığım hadisələr olub. Ən adi nailiyyəti belə, birinci həmlədən əldə etməkmənim taleyimə yazılmayıb. Əslində taleyin, bəxtin nə olduğunu bilməyənadamlardanam. Düşüncəmə görə insan yaranandan sonra tam müstəqil idarəolunur. Onun bədbəxtliyi və xoşbəxtliyi öz əlindədir. Özümü xoşbəxt adam hesabedənlərdənəm. Sadəcə bu xoşbəxtliyi yaradan uğura çatmaq yolum heç vaxt hamarolmur. Yadımda olan bütün uğurlarıma ən azı iki həmlədən sonra çatmışam. 3-4dəfə cəhd etdiyim vaxtlarım da olub. Bir üstünlüyüm var: yorulmamışam,bezməmişəm. İnanmışam ki, doğru yoldayam, daşlı-kəsəkli yollardabüdrəyə-büdrəyə addımlasam da düzlüyümlə mənzil başına itkisiz çatacam.Bir problem var ki, həmlələr, cəhdlər həyatda var olduğum illərimi əlimdənalır. 25 yaşında qazanmalı olduğum uğur, döyəclədiyim qapını 30-danazlana-nazlana açır. Gecikirəm. Ona görə də həmişə tələsirəm. Bir dəfəyazmışdım: "Qaça-qaça yaşayıram”.

- Sizə görə "uğurun düsturu” nədir?Uğurlu biri olmaq üçün nə etmək, nədən başlamaq lazımdır?


- Yüksək səviyyədə təhsil uğura düşənpaslanmayan açardır. Əsasən orta təhsilin mükəmməl olmalıdır. Ali məktəbə dəmütəxəssis olmaq naminə qəbul olunmalısan, "təki tələbə olum”düşüncəsindən uzaq durmalısan. Əqidəndə prinsipial olmaq, yalandanışmamaq, daha çox başqalarını düşünmək adama uğurlu günlər bəxş etməküçündür. Belə yaşamaq həmişə çətin olub. Çünki sonunda mükafat var. Mükafatıisə əziyyət çəkmədən qazanmaq mümkün deyil.


- Deyirlər, uğur həm də uğursuzluqdur.Axı, insanın başı daşdan-daşa dəyir. Apardığınız mübarizədə uğursuzuqlarlaüzləşəndə nə edirsiniz?


- İlk dəfədir eşidirəm ki, belədeyirlər. Uğuru uğursuzluq hesab edənlər sözlə oynamaq həvəsinə düşənlərdir.Bir vaxtlar söz oyunu dəb idi. Mətbuatımız təzə, televiziyalarımız təzə,müstəqilliyimiz təptəzə.... Söz oyunu ilə düşüncə qamaşdırmaq istəyirdilər. Birmüddət alındı. İndi daha keçmir.

Uğurun uğursuzluğu olmur. Xarakterəuyğun olaraq uğursuzluq insanı daha da prinsipial edə bilər, yolundan dadöndərə bilər. Mən uduzmaqdan bezmədim. Anladım ki, hakimin səhvi olub. Yenəmeydana girdim, yenə, yenə... Məğlubiyyətlərim müvəqqəti, qələblərim daimi oldu.

- Mütəxəsislər şərh edirlər ki, danışıqqabiliyyətinə yiyələnən hər kəs cəmiyyətdə yaxşı mövqe tuta və maliyyə uğurlarıqazana bilər. Siz insan münasibətlərində əsasən nəyə diqqət yetirirsiniz?


- Ümumiyətlə birmənalı qiymət verməkmənqtidən uzaqdır. Bəzən 1 faiz 99 faizə qalib gəlir. Ancaq natiqlikböyük sənətdir, onu bacaranlara qibtə etmək olar. Maliyyə uğurlarının sirri isəhər şeydədir. Tək danışmaqla, düşünməklə, hərəkət etməklə lazım olan mərtəbəyəçatmaq çətindir. Gərək işində ardıcıl olasan.


- İstifadə etmədiyimiz qabiliyyətimiziüzə çıxarmaqda və inkişaf etdirməkdə insana yardımçı olacaq əsas ünsürlərhansılardır sizcə?


- Birinci valideynlər. Hamı istedadladoğulur, az adamda o aşkara çıxır. Valideynlər övladlarını uşaq vaxtı düzgünyönləndirməyi, qabiliyyətlərini düzgün dərk etməyi bacarmalıdırlar. ƏvvəllərAzərbaycanda valideynlər arasında "uşağım musiqiçi” olacaq yarışmasıgedirdi. Bizim yaşıdlar o dövrün ortasında olub. Hərəmiz bir alətdən yapışıbsürünə-sürünə musiqi məktəbinə gedirdik. Sayımız çox idi. Aramızdan cəmi birnəfər Bülbül adına müsiqi məktəbinə daxil oldu, ancaq Konservatoriyaya getmədi.

Təbii ki, qabiliyyətlə istedad birqədər fərqli nəsnələrdir. Qabiliyyət sonradan da formalaşa bilər. İstedad isəadamla birgə doğulur.

- Bəzi gənclər bir işə başlayanda"Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlardüşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemləüzləşənlərə nə söyləmək istərdiniz?


- Düşünsünlər, tətbiq etsinlər vənəticələndirsinlər.


- Uğurlu insanlar bildirirlər ki, özünüəhəmiyyətli hiss etmək istəyi onları, o cümlədən də bir çox insanı gözəl işlərgörməyə vadar edib. Amerikan filosufu Jon Dyoun da bunu bir az başqa cürformullaşdıraraq deyir ki, insanın əsas təşəbbüsü, "əhəmiyyətli olmaq”istəyidir. Adətən adi insanlar xoşuna gəlməyən bir şey olduqda kiçikdetallarına qədər tənqid edir, yaxşı olduqda isə tərifləmir, susur.Qarşısındakına "əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nəsöyləmək istərdiniz?


- Sizin suallardan belə anladım ki, mənartıq Dədə Qorqud yaşına çatmışam. Doğrusu məsləhət verməkdən az xoşum gəlir.Hərdən ən doğma və xeyli yaş kiçik olanlara məsləhətlər verirəm. Həminməsləhətlərin də ana xəttini "dərs oxu” təşkil edir. İnsan psixologiyası pisigörməyə daha meyillidir. Hədislərin birində cəsədi pis görkəmə düşən itin ağ vəmuncuq kimi düzülən dişlərinə diqqət çəkən peyğəmbərimiz məhz bu problemətoxunub. Demək istəyib ki, yaxşını görməyə çalışın, pisi yox. Bəli, yaxşı əməliqiymətləndirmək, hətta tərifləmək lazımdır. Yerində səslənən tərif insanı dahayaxşı əməllər etməyə yönəldir. Yaxşını öyən adam da həmin an çox rahat olur.Çünki minnətdarlıqla qarşılanır. Məgər insanın birinci istəyiminnətdarlıq almaq deyilmi? Elə bir adam varmı, "çox sağol” sözündənxoşlanmasın? İnanmıram normal düşüncə minnətdarlığı inkar etsin.


- Biz uşaqlarımıza, dostlarımıza yeməkveririk, amma onların özünə hörmətini qidalandırmırıq. Biz onları enerjiistehsalı üçün ət və kartofla təmin edirik, lakin onların insanlığına qidaverməyi, uzunmüddət qulaqlarında səslənəcək gözəl sözlər deməyi unuduruq. Siznecə, fərqli davrana bilirsiniz?


- Fərqli davranmağa çalışıram. Fərqlidavranmaq üçün mühit də fərqli olmalıdır. Bizdəki mühit bir qədər monotondu.Ənənələr ayağımızdan tutub arxaya çəkir. Babalarımzdan, nənələrimizdən gördüklərimizi,balalarımıza, nəvələrimizə tətbiq edirik. Dünyanın, dövrün tam dəyişdiyininəzərə almırıq. Həyat həmişə ağır olub. Onu yüngülləşdirmək, yaşamaq rahatlığıəldə etmək isə olduqca sadədir. Şüurlular cəmi iki cinsə bölünür – qadın vəkişiyə. Düşünürəm: niyə dünya yalnız qadınlardan, yaxud kişilərdən ibarətdeyil? Araşdırıram: tibb elmi sübut edir ki, kişilərin beyin quruluşu iləqadınların beyin quruluşu arasında fərq var. Kişilər ən çoxu iki qərar verməimkanına malikdirlərsə, qadınlar bir situasiyada beş fərqli qərarlar verəbilərlər. Ona görə qadınlar sülpərvər adlanır. Kişilər ya müharibə deyir, yasülh. Qadınlar isə daha 3 variantı tapmaq gücündədirlər. Bu mənada kişilər vəqadınlar bir yerdə düşünəndə artıq qərar vermək üçün yeddi variantları var. Buisə qeyri-səlis mənqtiqə dayanır. Yəni 0-la 1 arasında sonsuz rəqəmliəməliyyatlar var. İnsanın yaranışdan beyni qeyri-səlis məntiqlə işləyir.Babalarımızın bu elmdən xəbəri ola bilməzdi. Ona görə də ailədə dominantlıqedirdilər. İndi dövr dəyişib. Uğur hər kəsin ümumi nəticəyə gəlmək bacarığınamalik olmasındadır. Sənin etmək istədiyin həm də başqalarına mənfi təsiretməməlidir, əksinə daha çox xeyir verməlidir. Uğur qazanan adam başqasınaxeyir verəndir. İnsan tək deyil. O başqalarının rahatlıq haqqına malik olduğunuheç vaxt unutmamalıdır. Bax bu şərt mayakdır. Uğur bu mayaka doğru üzməlidir.


- Sizcə insanların ən güclü silahınədir - ağıl, yoxsa ürək?


- Ürək silah deyil, hədəfdir. Ağıl yaratmaq, ürək yaşamaq üçündür. Yaratmadanyaşayan adam yoxdur. O insan uğurlu şüurlu sayılır ki, yaratdıqları çoxdur vəmükəmməldir.



Cəfər Mənsimi