adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Yanvar 2022 16:59
405
DÜNYA

Cilddən-cildə girən, 4 təcavüzlə həbs olunmayan QATİL

1970-ci illərin sonlarında silahlı soyğun, 4 təcavüz hadisəsi və digər cinayətlərə görə həbs edilən Billi Milliqanın psixoloji vəziyyəti araşdırılarkən psixoloqlar çox fərqli bir nəticə ilə qarşılaşdılar. Billi üçün çoxsaylı şəxsiyyət pozuntusu diaqnozu qoyuldu.

Məlum oldu ki, Billi özündə 24 fərqli şəxsiyyət daşıyır. Bu şəxsiyyətlərin bir-birindən kəskin fərqlənən xüsusiyyətləri var idi.

1. Billi: Öz xarakteri;

2. Artur: Elm və sağlamlıq mövzularında, xüsusilə, hermatalogiya sahəsində ixtisaslaşmış intellektual bir ingilis;

3. Ragen Vadascovinich: Adı "rage again (yenidən qəzəb)" ifadəsindən gələn Ragen "arzuolunmaz şəxsiyyətləri" tənzimləyən və təhlükəli anlarda Artur xarakterini idarə edən biri idi. Slavyan aksenti ilə danışa bilən və serb dilində yaza bilən yuqoslav olduğunu iddia edən Ragen ailəsinə dəstək üçün soyğunçuluq etdiyini, lakin təcavüzlərlə əlaqəsi olmadığını bildirmişdi;

4. Allen: Tamamilə fırıldaqçı olan Allen ünsiyyətdə ən güclü olan xarakterdir. Zərb alətləri çala bilirdi və portret çəkirdi. Təkcə sağ əlindən istifadə edirdi, amma yenə də çox güclü idi. Allen 24 şəxsiyyət arasında yeganə siqaret çəkən xarakter idi.

5. Tommi: 16 yaşı var idi. Allen ilə ən oxşar cəhətləri rəssamlıq etməsi və musiqi ilə məşğul olması idi. Xüsusilə, mənzərə rəsmlərinə baxaraq tenor saksafon ifa edirdi. Eyni zamanda o, elektrik mütəxəssisi idi.

6. Danni: İnsanlardan, əsasən də kişilərdən qorxurdu. Danni yalnız natümort rəsmlər çəkirdi və heç vaxt mənzərə rəsmləri çəkmirdi. Danniyə görə Çalmer (təcavüz edən ögey atası) özünə məzarını qazdırtmış və onu orada yandırmışdı.

7. Deyvid: 8 yaşlı Deyvid "ağrı kəsicisi" adlandırıldı, çünki digər xarakterlər ağrı-acı çəkdikdə, Deyvid ağrıları azaltmaq üçün ortaya çıxırdı.

8. Christiene: 3 yaşında ve disleksiyası olan Christiene Billi nə vaxt problem ilə üzləşsə, məktəbin bir küncündə gizlənmək istəyən bir qız olurdu. Artur və Ragen ona oxumağı və yazmağı öyrətmişdi.

9. Kristofer: Christiene’nin harmonika çala bilən kiçik qardaşı idi.

10. Adalana: Şeirlər yazan və digər şəxsiyyətlər üçün yeməklər bişirib, evi təmizləyən xarakter idi. O, lezbiyan idi. Billi Miliqanın advokatının iddiasına görə, təcavüzləri həyata keçirən şəxsiyyət Adalana idi və Billi ilə digər şəxsiyyətlərin təcavüzlərdən xəbəri yox idi.

11. Fil: Bruklin ləhcəsi ilə danışan Fil kiçik çaplı cinayətlər planlayan bir qatil idi. Billi onu cinayətkar adlandırırdı.

12. Kevin: O, cinayət planlayan şəxs idi. Bir apteki soymaqla bağlı planlar hazırlamışdı. O da cinayətkar hesab edilirdi.

13. Voltr: Avstralyalı idi və bir qarğa öldürmüşdü. Çox yaxşı yön tapmaq bacarığına sahib idi. Kəşfiyyatçı və ovçu idi.

14. April: Ögey atası Chalmeri öldürməyi düşünən xarakter idi. Bunun üçün Rageni inandırmışdı, amma Artur Ragen ilə danışıb onu bu fikirdən daşındırmışdı.

15. Samuel: Bir yəhudi olan və xarakterlərin içərisində Allaha inanan tək şəxsiyyət idi.

16. Mark: Hər şeyin yükünü çəkən biri idi. Zombi kimi heç bir şey etmirdi. Ancaq qarşısındakı divara baxırdı.

17. Stiv: Bir fırıldaqçı və təqlidlər edən komediyaçı idi.

18. Li: Pis zarafatları ilə ailəsi üçün problem yaradan biri idi. Bu zarafatlardan birinə görə həbs cəzası aldığını deyirdi.

19. Ceysn: Xarakterlər arasındakı balansı tənzimləyirdi. Onlar arasındakı təzyiqi balanslaşdırırdı

20. Bobbi: Macəraların arxasınca getmək və dünyadakı böhranları düzəltmək xəyalları ilə yaşayırdı. Amma bunları etmək üçün heç nə etmirdi.

21. Shawn: 4 yaşı var idi. Beynində uğultulu səslər eşidirdi, titrəmələr hiss edirdi. Eşitmə məhdudiyyətli idi.

22. Martin: Nyu-Yorklu idi. İşləmədən pul qazanmağa çalışan yekəxana biri idi.

23. Timothi: O, gül dükanında çalışırdı və bir homoseksual ilə gəzirdi.

24. Müəllim: Müəllim adlanan xarakter digər 23 şəxsiyyətin birləşməsi hesab edilirdi. Digər şəxsiyyətlərin düşüncə və planlarına bələd idi. Billinin psixoloqu bu xarakterin həyatında tanıdığı ən ağıllı və maraqlı insan olduğunu bildirmişdi.

Prokurorlardan biri Billi haqqında belə demişdi: "Mən Billidə çox xarakter gördüm. Danışıq tərzləri fərqli idi. Fərqli ləhcələrdə danışırdılar və səsləri fərqli idi. Kresloda fərqli formada otururdular”.

Zərərçəkənlərdən biri isə onun özünü 3 yaşlı uşaq kimi apardığını bildirmişdi.

Billi bu psixoloji probleminə görə məhkəmə tərəfindən günahkar qəbul edilməyib. Billi 2014-cü ildə dünyasını dəyişib

Onun haqqında hətta kitab da yazılıb: The Minds of Billy Milligan.

Netflix platformasında da Billi haqqında sənədli film tapa bilərsiniz: Monsters Inside: The 24 Faces of Billy Milligan.

 

Eminquey