adalet.az header logo
  • Bakı -°C
02 Iyul 2026 13:10
80
DÜNYA
A- A+

Leyen: Moldova və Ukraynada etdiyimizi Ermənistanda da edəcəyik

“Ermənistana enerji təchizatını şaxələndirməyə kömək etmək istəyirik, Avropa İttifaqından (Aİ) bir qrup mütəxəssis bu məqsədlə gələn həftə İrəvana gələcək”.

Adalet.az xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

“Bizim belə durumlarla bağlı zəngin təcrübəmiz var. Ukraynada, Moldovada bundan keçmişik, çoxlu təcrübə toplamışıq”, - o vurğulayıb.

Leyenin sözlərinə görə, onlar regional enerji təhlükəsizliyinə də töhfə verirlər, bu məqsədlə elektrik enerjisinin qarşılıqlı ötürülməsi üçün yeni marşrutlar açılır və daha dayanıqlı regional enerji şəbəkələri formalaşdırılır:

“Bu çərçivədə Qafqaz Enerji Ötürücü Şəbəkəsinə 25 milyon avro ayrılıb. Bundan əlavə, Ermənistanı əhəmiyyətli daxili resurslar hesabına bərpaolunan enerji istehsalının inkişafında da dəstəkləyirik”.