Bakıda şikayətlərdən sonra 177 eskalator yenilənəcək
Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.
Bu barədə Adalet.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payiz aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu işlər çərçivəsində bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hal-hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb. Bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.
Həmçinin qeyd edilib ki, sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.
Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.
Digər Xəbərlər
26 Iyul 2026 13:31
Temperatur 40 dərəcə qalxacaq - PROQNOZ
25 Iyul 2026 15:47
Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
24 Iyul 2026 17:00
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
24 Iyul 2026 16:17


Bakı -°C

