Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Sentyabrın 27-də və 28-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Digər Xəbərlər

Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutuldu

İsmayıllıda TOYDA dəhşət: Bəy və 3 nəfər bıçaqlandı – FOTO - TƏFƏRRÜAT

Oğurluq edən şəxsin avtomobilindən narkotik aşkarlandı - VİDEO
