Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

İsmayıllıda TOYDA dəhşət: Bəy və 3 nəfər bıçaqlandı – FOTO - TƏFƏRRÜAT

Oğurluq edən şəxsin avtomobilindən narkotik aşkarlandı - VİDEO
