09 Fevral 2025 08:45
188
DÜNYA

Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb

Çinin cənub-qərbində Sıçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.

Adalet.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

“Davam edən yağışlar və geoloji şərait səbəbindən sürüşmə sel axınına çevrilib ki, bu da ilkin hesablamalara görə, uzunluğu təqribən 1,2 kilometr, ümumi həcmi 100 min kubmetrdən çox olan dağıntıların yığılmasına səbəb olub”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, fövqəladə hadisə şənbə günü, fevralın 8-də, Pekin vaxtı ilə təxminən saat 11:50-də (Bakı vaxtı ilə saat 07:50) İbin bölgəsindəki kəndlərdən birində baş verib. Sürüşmə 10 evi uçurub. İtkin düşənlərin dəqiq sayı hələ də dəqiqləşdirilir.

Çin Sədri Si Szinin insanları xilas etmək üçün bütün mümkün tədbirlərin görülməsi barədə göstəriş verib. Axtarış-xilasetmə əməliyyatları aparılır.

Agentlik həmçinin bildirib ki, Çin hökuməti Sıçuan əyalətində sürüşmənin aradan qaldırılması və bərpa işlərinə kömək etmək üçün təxminən 11,16 milyon dollar ayırıb.