“Cinema Plus” kinoteatrı Gəncədə qiymətləri endirdi

Payızın ilk günündən etibarən "CinemaPlus” Gəncədə biletlərə yeni qiymət tətbiq edib. Artıq xüsusi qiymətlər təkcə böyüklər üçün deyil, həmdə ailələr və uşaqlar üçün təqdim olunur.
Adalet.az xəbər verir ki, hər həftənin çərşənbə axşamı gəncəlilər üçün "CinemaPlus”da "Super gün”dür! Vaxtından asılı olmayaraq biletə endirim qiyməti dəyişmir.
Həmçinin aksiyaya aiddir,10 bilet alana 11-ci bileti pulsuz əldə etmək olar.
Saat 10:00-dan 15:00-dək 10 və daha çox uşaq ilə gələn bağçalarının tərbiyəçilərinə giriş pulsuzdur!
Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Digər Xəbərlər

Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib - FOTOLAR
jpg-1732270183jpg-1745836657.jpg)
Uydurmalardan ibarət erməni filminin nümayişi də ləğv edildi: İordaniyada

Möylə Mirzəliyev vəfat etdi
