“CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO
Yalnız "CineMastercard" premium kinoteatrlar şəbəkəsində yanvarın 9-dan yazıçı Beyza Alkoçun eyniadlı əsəri əsasında çəkilmiş "Karantina" türk romantik dramının nümayişi başlayır.
Hələ ekranlara çıxmamış film sosial şəbəkələrdə sensasiyaya çevrilib. İstifadəçilər treyleri aktiv şəkildə müzakirə edir və təəssüratlarını bölüşürlər. Film ətrafında yaranan bu cür həyəcan tamaşaçıların onun böyük ekranda nümayişini səbirsizliklə gözlədiyini təsdiqləyir.
Filmin rejissoru Ahmet Topuzdur.
Baş rolları Meltem Akçöl, Demirhan Demircioğlu, İlker Aksum və Onur Bay ifa ediblər.
Film cinayət araşdırması zamanı bir-birlərinə aşiq olan cütlüyün hekayəsindən bəhs edir. Zeynep yeni məktəbə getdiyi zaman başına nə gələcəyini bilməyən gənc qızdır. Məktəbin ilk günündə o, hadisələrin mərkəzinə düşür - epidemiya səbəbi ilə karantin, qətl və Onura qarşı gözlənilməz sevgi. Epidemiyanın təsirindən yaranan çətinliklər gənclərin emosional sarsıntılarını daha da artırır. Bu proses sevgi və dostluğu sınaqdan keçirir.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55
Qədir Rüstəmovun xatirəsi anıldı - FOTOLAR
17 Dekabr 2025 16:47


Bakı -°C

