CineMastercardda türk romantik dramı “Aşk Sadece Bir An”ın nümayişi başlayıb

Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində “Aşk Sadece Bir An” türk romantik dramının nümayişi keçirilir.
Adalet.az xəbər verir ki, Mustafa Kotanın rejissoru olduğu ekran işinin ssenaristi Aslı Zengindir.
Baş rollarda Emirhan Çakal, Nilsu Berfin Aktaş, Gonca Vuslateri, Emre Kınay və Tuba Ünsal çəkilib.
Filmin məzmununa gəlincə, barda işləyən Rüzgarın həyatı dostunun yerinə bir gün taksi sürməsi ilə tamamilə dəyişir. Taksidə tanış olduğu Hayal ilə bir-birlərinə aşiq olurlar. Ancaq Hayalın ailəsi Rüzgarın qatillikdə günahlandırıldığını öyrənir və bu münasibətə icazə vermir. Əslində Rüzgarın anasını öldürən atası olsa da, günah onun üzərinə atılıb.
Hayalın atası onu qızından uzaq durmaqla hədələsə də, Rüzgar sevdiyi qadından əl çəkmir. Münasibətləri davam edərkən Rüzgar motosiklet yarışında qəza keçirir və reanimasiyaya yerləşdirilir. Bu fürsətdən istifadə edən Hayalın ailəsi qızlarını başqa şəhərə aparır. Lakin onların yolları bir gün yenidən kəsişəcək.
Filmin yaş həddi 18+ təyin olunub.
Digər Xəbərlər

Xocalı Memorial Kompleksinin layihəsi hazırdır

“AzerGold” və Milli Xalça Muzeyi Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib - FOTOLAR

Mədəniyyətin inkişafında yeni üfüqlər - Gülxarə Əhmədova yazır
