COP29-a qarşı hücum: Erməni katalikosu BMT katibi ilə görüşdə nə dedi?

Ötən gün - sentyabrın 10-da bütün ermənilərin İkinci Ali Patriarxı və Katolikosu Qaryagin Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali komissarı Migel Anxel Moratinosu qəbul edib.
Adalet.az xəbər verir ki, son günlər erməni din xadimləri Azərbaycana qarşı münasibətlərində daha aqressiv mövqe ilə çıxış edirlər.
Beləki, erməni nəşrləri yazır ki, iclasda erməni katolikosu Qaregin BMT nümayəndəsinin diqqətini regiondakı çətin vəziyyətə və Ermənistanın üzləşdiyi təhlükəsizlik hallarına yönəldib. Qaryagin Azərbaycanın işğal etdiyi (erməni ancaq belə deyə bilər-red-ƏR) sərhədyanı rayonların problemlərinin həllinə, məcburi köçkün artsax ermənilərinin(Qarabağı köneüllü tərk edən ermənilərin) hüquqlarının müdafiəsinə, Artsaxın erməni mənəvi-mədəni irsinin (Alban abidə monastırlarını nəzərdə tutur – red-ƏR.) mənimsənilməsi, eyni zamanda Bakıda saxlanılan (Bakıda həbsdə olan separatçı və terrorçu liderlər nəzərdə tutulur.red-ƏR) əsirlərə diqqət yetirməyi ondan xahiş edib.
Hazırda Azərbaycanda keçiriləcək COP29-a dünyanın 190-dan çox ölkəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənildiyini bilən ermənilər hər vəchlə bunun qarşısını almağa , tədbiri baykot etməyə çalışır. Odur ki, erməni lobbisi, xüsisən din xadimləri məqsədlərinə çatmaq üçün bütün fürsətlərdən istifadə edirlər. erməni katolikosu Qareginin Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali komissarı Migel Anxel Moratinosu qəbul etməsində səbəb budur.
Əntiqə Rəşid
Digər Xəbərlər

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

"Bakıda temperatur 36 dərəcəni keçdikdə ölüm halları kəskin artır" - Nazir müavini

"Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub" - Deputat

Putin Ramiz Mehdiyevi niyə QURBAN VERDİ? - ŞOK SƏBƏBLƏR

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq - Mədət Quliyevdən açıqlama
