Cüdoçumuz ermənini məğlub edərək qızl medal QAZANDI

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov qızıl xal bölümünün 25-ci saniyəsində rəqibini məğlubiyyətə uğradıb.
Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 55 kq-da Şahin Orucov serbiyalı Matiya Yeremiçlə, 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.
Digər Xəbərlər

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
