"Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək" - Sədr

“Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək. İstilik mövsümünün müddəti ilə bağlı deyə bilərik ki, artıq bu barədə Nazirlər Kabineti və Ekologiya Nazirliyi ilə birlikdə bizim işçi qrup yaradılıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
“Daxil olan bütün müraciətləri əsas götürərək biz bu sahədə işləyirik. Hazırda ölkənin iqlim şəraiti coğrafi ərazilər üzrə qiymətləndirilməkdədir. Bu qiymətləndirmədən aslı olaraq daha soyuq dağətəyi və aran rayonlarında istilik mövsümünün müddətləri tənzimlənəcək. Bunun qanuna əlavə edilməsi problem doğurmur”, - deyə sədr bildirib.
Digər Xəbərlər

Paşinyanın kofe içmək təklifinə İlham Əliyevdən cavab - VİDEO

Prezidentdən kübar davranış - VİDEO

Əli Nağıyev MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərlərinin iclasında - FOTOLAR

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO

Leyla Əliyeva Türk dünyası rəsm qalereyasında - VİDEO

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb

Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
