“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi” - Paşinyan
“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi”.
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, rəsmi İrəvan bütün resurslarını Dağlıq Qarabağ respublikasının yaradılmasına sərf edib, bu isə həll olunmaz bir məsələ idi.
“Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın o vaxtkı hakimiyyəti (2023-cü ilin payızında – red.) Dağlıq Qarabağı ləğv edib. Əslində isə bu proses 2016-cı ilin avqustunda danışıqlar prosesində məzmunlu dəyişikliklər nəticəsində qaçılmaz oldu”, - deyə baş nazir vurğulayıb.
“Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki biz artıq informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurumun olduğunu gördük. Yəni emosional təsəvvürlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Hakimiyyətə gəldikdə isə bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”, - deyə Paşinyan bildirib.
O, qeyd edib ki, indiki hakimiyyətin təqsiri ondadır ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib.
“Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistan Respublikasına və xalqına 30 il əvvəl həll olunmayan bir problemə görə sadəcə vaxt itirdiyimizi, resurs sərf etdiyimizi bildirmək demək idi”, - deyə Paşinyan əlavə edib.
Digər Xəbərlər
22 Sentyabr 2026 17:35
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
22 Sentyabr 2026 16:37
Gələn həftə Milli Məclisin payız sessiyası başlayır
22 Sentyabr 2026 14:28
Bakıda qlobal təhlükəsizlik çağırışları müzakirə olunur - İlham Əliyev mühüm məqamlara diqqət çəkdi
22 Sentyabr 2026 14:17
"Yeni proqram regionların inkişafına dair gündəliyimizi əks etdirir" - İlham Əliyev
22 Sentyabr 2026 14:12
"Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür" - Dövlət başçısı
22 Sentyabr 2026 14:11
Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
22 Sentyabr 2026 14:06
Prezident müşavirə keçirdi - VİDEO + FOTOLAR - YENİLƏNİB
22 Sentyabr 2026 13:37


Bakı -°C

