"Bu həyatımıza təhlükədir!" - Nazirlik əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi gözlənilənən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:
"Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".
Digər Xəbərlər
13 Yanvar 2026 10:54
Prokurorluğa qəbul olunan gənclərin andiçmə mərasimi keçirildi
13 Yanvar 2026 10:02
"Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur"
13 Yanvar 2026 09:41
“Yas evini qonaqlıq məkanına, yemək ünvanına çevirmək olmaz...”
12 Yanvar 2026 18:45
Azad olunan ərazilərə qayıdan şəxslərə - XƏBƏRDARLIQ
12 Yanvar 2026 17:43
Azərbaycanda bəzi gömrük yığımlarının məbləğləri dəyişdi
12 Yanvar 2026 16:02
"Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub" - Zaur Mikayılov
12 Yanvar 2026 16:01
Azərbaycanda tullantı sutəmizləyici 9 yeni qurğu tikiləcək
12 Yanvar 2026 15:58


Bakı -°C

