Daha bir yerüstü piyada keçidi inşa edilib - VİDEO
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Adalet.az xəbər verir ki, agentlik tərəfindən bu çərçivədə daha bir layihənin icrası yekunlaşıb.
Belə ki, M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.
İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.
Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.