DÇ-2022: Braziliya Xorvatiyanı, Argentina Niderlandı sınağa çəkəcək

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.
Adalet.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək. “Edyukeyşn Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.
Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. “Lusail” stadionundakı görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq.
DÇ-2022
1/4 final mərhələsi
9 dekabr
19:00. Xorvatiya - Braziliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
“Edyukeyşn Siti” stadionu
23:00. Niderland - Argentina
Baş hakim: Migel Mateu Laos (İspaniya)
“Lusail” stadionu
Qeyd edək ki. 1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Digər Xəbərlər

“Real Madrid” Avropada son dörd ilin rekorduna imza atıb

"Qarabağ" "Sumqayıt"ı böyük fərqlə məğlub edib

"Vüqar Həşimov Memorialı - 2023” superturnirinə start verildi
