DÇ-2022: Hakim təyinatı sayı rekord həddə çatdırılıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatdırılıb.
Adalet.az-ın məlumatına görə, turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq.
Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq.
Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.
Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək.
Digər Xəbərlər
24 Iyun 2026 18:26
Bellingem Runinin rekordunu yenilədi
24 Iyun 2026 17:36
“Neftçi” müdafiəçi transfer etdi
24 Iyun 2026 17:12
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?
24 Iyun 2026 16:38
Etibar Əliyev: "Türkiyə futbol oynaya bilmir"
24 Iyun 2026 16:22
Bu gecə Braziliya oynayır - 3-cü tur başlayır
24 Iyun 2026 12:00
Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO
24 Iyun 2026 10:17
Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldi
24 Iyun 2026 09:21


Bakı -°C

