DÇ-2026-nın seçmə mərhələsi: Millimiz İslandiyanın qonağı olacaq

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində daha 12 oyun keçiriləcək.
Adalet.az xəbər verir ki, Azərbaycan milli komandası da mübarizəyə start verəcək. Belə ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız D qrupunun ilk oyununda İslandiyanın qonağı olacaq. Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Matçın baş hakimi niderlandlı FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri qismində Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, onun köməkçisi Klay Ruperti olacaq.
Günün digər oyunları:
Saat 22:45, Ukrayna – Fransa
Saat 22:45, Sloveniya – İsveç
Saat 22:45, İsveçrə – Kosovo
Saat 22:45, Danimarka – Şotlandiya
Saat 22:45, Yunanıstan – Belarus
Saat 22:45, İtaliya – Estoniya
Saat 22:45, Moldova – İsrail
Saat 22:45, Farer adaları - Xorvatiya
Saat 22:45, Monteneqro - Çexiya
Digər Xəbərlər

Onlar DÇ-2026-da iştirak edəcəklər

Messi daha bir rekorda şərik oldu

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi

"Azərbaycan yığması ilə matçda qalib gəlməliyik" - Qunnlauqsson

DÇ-2026-nın seçmə mərhələsi: Bu gün 8 oyun var

"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib
