De Yonq üçün "Barselona"ya 50 milyon avro təklif edildi

İspaniyanın "Barselona" komandasının futbolçusu Frenki de Yonq Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməyə yaxındır.
Adalet.az “El Nacional”a istinadən xəbər verir ki, Ərəbistan təmsilçisi niderlandlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro təklif edib. Katalonlar hazırda bu transferi nəzərdən keçirir. Yaxın günlərdə yekun qərar veriləcək.
27 yaşlı oyunçu bu mövsüm “Barselona”nın heyətində 16 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt" portalı Frenki de Yonqun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
