Dəmir yolunda gediş haqqı artırılacaq? - AÇIQLAMA
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/17jpg-1719818550.jpg)
Hazırda gediş haqqlarında hər hansı dəyişiklik nəzərdə tutulmur.
Bu barədə Adalet.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd edək ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:
- Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
- Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
- Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.
Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/36jpg-1719989465.jpg)
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək - FOTO
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/33jpg-1719989403.jpg)
Nazir generalı işdən azad etdi - Yeni təyinatlar - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/28jpg-1719987941.jpg)
Müdafiə Nazirliyinə yeni səlahiyyət verildi - QƏRAR
![](https://adalet.az/uploads/img/posts/2023/07/03/365c90ac85a94e6jpg-1688367063.jpg)
Bir ildə 27 nəfərə məzar olan Bakı metrosu - Yeraltı terrorun 30 ili
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/2jpg-1719982667.jpg)
Ötən ay dövlət sərhədini pozmağa çalışan 30 nəfər saxlanılıb - DSX
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/24jpg-1719934116.jpg)
"BakıKart"ın adından dələduzluq: Nəqliyyatdan pulsuz istifadə...
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/16567379275042521117_1000x669jpg-1719929805.jpg)
Peşəkarı, vicdanlı, vətənpərvər, ləyaqətli - Mənim Polisim!
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/38jpg-1719926966.jpg)