adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Aprel 2022 15:24
2655
LAYİHƏ

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Şirvan şəhərində tədbir keçirib

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i aprel ayının 21-ində “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihə çərçivəsində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində maarifləndirmə tədbiri keçirib. Tədbirdə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri eyni zamanda sözgedən layihənin rəhbəri Mehriban Abdullayeva, layihənin hüquqşünası, psixoloqu və layihə üzrə ekspert, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşıAdəm Hüseynov, müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Mehriban Abdullayeva ilk öncə gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. Daha sonra vətən uğrunda canından keçmiş qəhrəman vətən oğullarının-şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla anılıb. Layihənin rəhbəri çıxış edərək qeyd edib ki, həyata keçirdikləri “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihəsinin məqsədi dövlətin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.

Tədbir zamanı iştirakçılar ilə İnsan alverinin qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işi təşkil edilib, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə maarifləndirilib, onlara insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri haqqında məlumat verilib. Tədbir zamanı gənclərə layihə çərçivəsində hazırlanıb çap olunmuş maarifləndirici bukletlər və dəftərxana ləvazimatları paylanılıb. Tədbir gedişatında gənclərlə problemin həlli istiqamətində hüquqi və psixoloji söhbətlər aparılıb, verilən suallar cavablandırılıb. Sonda gənclərlə xatirə fotoları çəkilib.

Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.