Demokratik Jurnalistlər Liqası yeni layihəyə start verir
Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Maddi-mənəvi irsimizə sahib çıxaq!-ictimai müzakirələr” mövzusunda layihənin icrasına start verir.
Layihə çərçivəsində dövlətimizin xüsusi önəm verdiyi maddi və mənəvi irsimizin tədqiq edilməsi və qorunmasına töfhə verilməsi məqsədilə silsilə televiziya müzakirələrinin “Səs” TV-nin studiyasında hazırlanaraq canlı yayımlanması və Youtube-da, digər sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Layihə müddətində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda maddi və mədəni irsin qorunmasına həsr edilən müxtəlif mövzularda 5 televiziya verilişlərinin hazırlanaraq Səs internet televiziyasındayayımlanması və həmin televiziya verilişlərinin “youtube”da, digər sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, Facebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.
Layihənin məqsədi dövlətimizin xüsusi önəm verdiyi istiqamətlərdən biri olan maddi və mənəvi irsimizin tədqiq edilməsi və qorunmasına töfhə verilməsi məqsədilə silsilə televiziya müzakirələrini təşkil etməkdir.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

