adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
27 May 2022 11:35
1374
TEXNOLOGİYA

Deputat Culakyan, eks nazir Petrosyan Paşinyanın “peyk”xəbərini “feyk” etdilər: MİF...

Ötən gün Ermənistan baş nazir Nikol Paşinyanın açıqlaması erməniləri də sevindirdi, özünü də. Paşinyan hökumətin iclasındaErmənistanın ilk kosmik peykinin orbitə buraxılması haqqında mühüm açıqlama ilə çıxış etdi:“2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan “Space-X” kosmik gəmisi ilə ilk kosmik peykimiz buraxılıb. Raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib.”

Ermənistanın “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “SATLANTIS” şirkətinin əməkdaşlığı sayəsində baş tutan bu mühüm hadisəni yüksək qiymətləndirən baş nazir hökumətin məqsədinin Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılması olduğunu vurğulayıb:” 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq, onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq”-deyə vurğuladı.

Amma deyəsən, elə ermənilərin də, baş nazirində sevinci qursaqlarında qalıb.

Adalet.az SputnikArmenia-ya istinadən xəbər verir ki, “Demokratik konsolidasiya” partiyasının sədri, Ermənistan Nəqliyyat və Rabitə Nazirliyi Aparatının İnformasiya və rabitə idarəsinin sabiq rəhbəri Suren PetrosyanPaşinyanı “yalançı” çıxardıb. Beləki, Paşinyanın bəyanatını yalnız daxili auditoriyaya yönəldiyini və siyasi məqsədlər güddüyünü iddia edən sabiq nazir Ermənistanın proqramın 10 benefisiar ölkəsi siyahısına daxil edilmədiyini də deyib:” Peykin xərcləri 200-250 milyon dollar civarındadır, üstəlik əlavə xərcləri də var.Zənnimcə ən yaxşı halda Ermənistana “SpaceX” peyklərindən birinə giriş imkanı verilə bilər ki, ondan istifadə etsin və hansısa məlumatlar ala bilsin.Ermənistanın ilk peykinin göndərildiyi barədə yaydığı xəbər mifdən başqa bir şey deyil”.

Qeyd edə ki, Ermənistan parlamentinin bitərəf üzvü, deputat Arusyak Culakyan da Paşinyanın “peyk” xəbərinə etinasız qalmayıb. Culakyan bildirib ki, müharibədən sonra məlum oldu ki, 2017-ci ildə Ermənistan mühüm infrastrukturun inkişafında Azərbaycandan on dəfə geri qalıb: “Bakı ilk peyki 2013-cü ildə orbitə çıxarıb. Azərbaycan peyklər almağa başlayanda “müasir xilaskarlarımız” villalar tikirdilər. 44 günlük müharibə zamanı Azərbaycan artıq bu peyklərdən Qarabağda qoşunların hərəkətini onlayn izləmək üçün istifadə edirdi. Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra bu barədə fəxrlə danışırdı. Bu vəziyyətin Azərbaycan Silahlı Qüvvələrinə üstünlük verdiyi şübhəsizdir”, - o qeyd edib.

Əntiqə Rəşid