adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Yanvar 2023 16:22
599
SİYASƏT

Deputatlar qınadı: "Hüquqa da hörmət etməyən Erkin Qədirli..."

Xəbər verdiyimiz kimi, Milli Məclisin REAL Partiyasından olan deputatı Erkin Qədirlinin bloger Mehman Hüseynovun sualına verdiyi cavab ölkə gündəmində ciddi müzkirə olunur.

 

Adalet.az xəbər verir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu Erkin Qədirlinin bu dediklərinin ziddiyətli və anlaşılmaz olduğunu qeyd edib:

“Özünü etibarsızlaşdırmaq özünüinkardır. Erkin Qədirlinin sosial şəbəkələrə verdiyi açıqlamasında öz deputatlıq statusunu şübə altına alan fikirlər bildirməsi ziddiyətli və anlaşılmazdır. Ona görə ki, Erkin bəy siyasətçi olmaqla bərabər, həm də hüquqşünasdır və səsləndirdiyi fikirlərin hansı hüquqi nəticələr doğura bilməsi ilə bağlı aydın təsəvvürləri var. Məsələn, nəticəsinə hüquqi baxımdan şübhə etdiyi seçkilərin ona verdiyi mandatı qəbul etməsi onun hüquqa münasibətinin göstəricisi hesab oluna bilər. Yəni Erkin Qədirli ddia etdiyi kimi, hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə, deməli, o, hüquqa da hörmət etməmiş hesab oluna bilər. Yaxud demokratik hesab etmədiyi seçkinin nəticəsini qəbul edirsə, deməli, siyasətçi kimi onun demokratiyaya da münasibəti birmənalı qəbul olunmaya bilər.Ona görə də belə məsələlərdə diqqətli olmalı və təmsil olunduğumuz Milli Məclisin nüfuzu və legitimliyi ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik. Nəticə etibarilə, bu həm də deputatlara səs vermiş seçicilərin səslərinə hörmətsizlik kimi qəbul edilə bilər”.

Milli Məclisin deputatı Aqil Abbas da həmkarı Erkin Qədirlinin açıqlamasına etinasız qalmayıb. Aqil müəllim düşünür ki, bu Erkin Qədirlinin öz şəxsi fikridir: ” Demokratik yolla seçilən nə qədər istəsən adam saya bilərəm.YAP-ın üzvləri çoxdur və onlar partiyanın namizədinə səs verirlər. Beləliklə, demokratik seçim baş verir. Erkinin şəxsi fikrinə isə nəsə demək olmaz".
Özünün demokratik yolla seçildiyini vurğulayan Aqil Abbas mövzu ilə bağlı fikirlərinə davam edərək bu sözləri deyir:
"Mən özüm haqda deyə bilərəm ki, demokratik yolla seçilmişəm. Heç bir partiyanın üzvü deyiləm, 4-cü dəfədir deputat seçilirəm. Gedin Ağcabədidə, Füzulidə, Ağdamda maraqlanın, görəcəksiniz ki, demokratik seçilmişəm, ya yox. Təkcə mən səs verənlərin içində kəndimdən, doğulduğum torpaqdan 5 minə qədər adam var, Abbasov, Vəliyev soyadlı şəxslər var. Onlardan soruşun".


Qeyd edək ki, Erkin Qədirli bloger Mehman Hüseynovun “Mənə bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına özünəməxsus və bir qədər də gözlənilməz cavab verib. Erkin Qədirlinin cavabı belə olub: “Onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı…” fikirləri hazırda Azərbaycan mediasında və sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələrdən birinə çevrilib.

 
ntiqə Rəşid